Qızılgül tortu
Qızılgül tortu

Qızılgül tortu


Tərkibi: 3 ədəd yumurta 180 qr" Wellington" kərə yağı 1,5 st şəkər tozu 200-300 qr un 1 ç/q soda Vanil 250 qr kefir 60 qr kakao Şirə: 5 x/q şəkər tozu 7 x/q su 1-2 x/q meyvə liköru və ya içki Arası üçün: 5 x/q meyvəli püre üçün istənilən meyvə Şokaladlı krem üçün 200 qr şokolad Krem 1: 200 qr qaymaq 0,5 st şəkər tozu Krem 2: 180 qr "Wellington" kərə yağı 2/3 banka qatılaşdırılmış süd Mastika: 220 qr zefir 2 x/q limon suyu 1 x/q su 400-500 qr şəkər pudrası Şirniyyat üçün nəzərdə tutulmuş rəng və zər Hazırlanması: Yumşaq yağ şəkər tozu ilə çalınır, üzərinə yumurta bir-bir vurularaq çalınır. Ayrı qabda un, soda, kakao, vanil ələnilir. Yumurta çalıntısına un və kefir az-az əlavə edərək çalınır. 180 dərəcədə isidilmiş sobada 20-30 dəqiqə ərzində, kağız sərilmiş formada 2 və ya 3 ədəd biskivit hazırlanır. Tortu şirələmək üçün su, şəkər tozu qazana əlavə edilib qarışdırılır, qaynara düşəndə odunüzərindən götürülüb, qarışdıraraq soyudulur və içki qatılaraq qarışdırılır. Soyuq qaymaq şəkər tozu ilə çalınır. Yumşalmış yağla qatılaşmış süd çalınır. Mastikanı hazırlamaq üçün dərin qaba zefir, limon suyu, su əlavə edilib mikrodalğalı sobada 15-20 saniyə ərzində saxlanılır. Yumşalmış zefirə şəkər tozu az-az əlavə edilərək, qaşıqla qarışdırılır. Qatılaşanda taxta üzərində şəkər pudrası əlavə edilərək tam hazır olana qədər yoğrulur. İstənilən qədər kiçik hissələrə ayırıb zövqünüzə uyğun rəng qataraq yoğurun, bu vaxt ələ bitki yağı da vurmaq olar. Hazır mastikanın qırmızı rəngindən əvvəlcə damla forması verilir. Gördüyünüz kimi ləçəklər hazırlanıb qızılgül forması verilir. Yarpaqlar hazırlanıb zər vurulur. Biskivitlər əvvəlcə şirələnir. Sonra meyvə püresi çəkilir. Üzərindən əridilmiş şokalad və qaymaqlı krem çəkilərək, üst-üstə yığılır, 2-3 saat soyuducuda saxlanılır. Qatılaşdırılmış südlə hazırlanan krem torta hərtərəfli səliqə ilə çəkilir. Yerdə qalan mastika yayılaraq torta hərtərəfli bükülür. Qırmızı rəngli mastikadan lent yayılıb torta birləşdirilir və hazır güllər tortun üzərinə yığılır. Qızılgül tortumuz hazırdır. Nuş olsun!
Cemi nefer oxuyub
Beyen(162) | Beyenme(146)
Azwap.biz
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe