Əllər üçün maskalar
Əllər üçün maskalar

Əllər üçün maskalar


Gözəl və baxımlı əllər özümüzü daha yaxşı hiss etməmizə səbəb olur. Bir az quruyub çatladığı zaman həm yaxşı görünməz,həm də insanı incidər.Baxımlı əllərə sahib olmaq heç də çətin deyil.Bəzi maskaları sizə təqdim edirəm. Nəmləndirici maska: 1 ədəd qaynadılmış kartofu əzib içinə vazelin və quru çobanyastığı çiçəkləri töküb qarışdırın.Əlinizə sürtün və bir dəsmalla bağlayıb yarım saat saxlayın.Sonra isə ilıq su ilə yuyun. Əllərdəki çatlar üçün: 1 stəkan zeytun yağını buxarda isidib,içinə 15-20 damcı limon suyu töküb qarışdırın.Əllərinizə sürtün, 5-10 dəqiqə saxlayıb yuyun və nəmləndirici krem sürtün.Qeyd edim ki,limon suyundakı C vitamini əldəki ləkələrə təsir edər və ölü hüceyrələri təmizləyər. Quru əllər üçün: 1 yemək qaşığı düyü ununu bir az südlə qarışdırırıq .Əllərimizə 1 yemək qaşığı qliserin sürtüb üzərinə bu həlimi çəkirik.10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyuruq. Bunları etsəniz, çox incə və gözəl əllərə sahib olarsınız
Cemi nefer oxuyub
Beyen(135) | Beyenme(116)
Azwap.biz
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe