Qəhvə ilə bədənə qulluq
Qəhvə ilə bədənə qulluq

Qəhvə ilə bədənə qulluq


Gözəllik salonuna getməyə vaxtınız və ya imkanınız yoxdursa özünüzə və bədəninizə ev şəraitində qulluq edin. Qəhvə dəriyə çox xeyirlidir. Həftədə bir gün özünüzə heç olmasa 1 saat vaxt ayırsanız yetərlidir. Sizə bunun üçün bir neçə maska və skrab resepti verirəm. 1. Qəhvəli-ballı skrab - 1 xörək qaşığı xırda döyülmüş qəhvə (birdəfəlik paketlərdəki qara qatışıqsız qəhvədən istifadə etmək olar) - 2 çay qaşığı zeytun yağı - yarım qaşıq bal (Balı duru sabun və ya duş geli ilə əvəz etmək olar.) Bütün bunlar qarışdırılır. Əvvəl üzünüzü isti su ilə yuyun.Alınan məhluluı dairəvi şəkildə üzünüzə və boyun hissənizə masaj edərək çəkin. 15-20 dəq saxlayıb yuyun. P.S. eyni məhlul bədən üçün də olar. 2. Mimiki qırışlar üçün qəhvəli- bananlı maska-skrab - yarım ədəd banan - 1 ç.q qaymaq (və ya xama) - 1 ç.q qəhvə Bütün bunlar qarışdırılır üzə və boyuna çəkilir.15 dəq-dən sonra ilıq su ilə yuyulur. 3. Sellülitə qarşı qəhvə. - 1 ç.q toz halına salınmış qəhvə - efir yağı (sitruslu) - 1 ç.q zeytun yağı Bunlar qarışdırılır.Vanna qəbul edərkən bədəninizə,əsasən də problemli yerlərə çəkin.10 dəq masaj edin. Və yuyun. 4. Ayaqlar üçün qəhvəli vanna. - 1 x.q. qəhvə -1 ç.q şəkər tozu Qəhvə ilə şəkər tozu qarışdırılır. Ayaqlarınızı sala biləcəyiniz qədər istə vannaya alınan məhlulun çox hissəsini tökün.Ayaqlarınız həmin vannada qalsın.Su soyuduğu zaman qalan məhlulla dabanlarınızı masaj edin.Və yuyun.
Cemi nefer oxuyub
Beyen(113) | Beyenme(105)
Azwap.biz
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe