Təhlükə bir addımlığınızda
Təhlükə bir addımlığınızda

Təhlükə bir addımlığınızda


Cinsi xəstəliklərdən qorunmaq üçün bu xəstəlikləri tanımaq vacibdir. Cinsi yolla yoluxan xəstəliklərin çoxu müalicə edilə bilər, lakin zamanında müalicə edilməmiş xəstəlik sonsuzluğa, hətta ölümə səbəb ola bilər. QİÇS( Qazanılmış immun çatışmazlığı sindromu) Cinsi yolla keçən xəstəliklər arasında ən təhlükəli hesab olunur. İlk sindromu yüksək temperatur, tərləmə, ümumi halsızlıq, limfa düyünlərinin böyüməsi, çəkinin azalmasıdır. Qeyd edim ki, bu simptomlar xəstəliyə tutulduqdan 2-6 həftə sonra özünü göstərir. Bu xəstəliyin müalicə metodları tapılmayıb. Sifilis Növbəti xəstəlik geniş yayılmış sifilis xəstəliyidir. İlk etapda gizli gedən xəstəlik 6 həftə sonra cinsi orqan və ya ağız ətrafında yaranan səpgilərlə özünü göstərir. Daha sonra çiyin nayihələrə keçir. Zamanında müalicə edilməzsə, əsəb sistemini dağıda bilər, görmə və eşitmə orqanlarının fəaliyyətini dayandırar. Qonoreya Cinsi yolla keçən xəstəliklər arasında məşhurdur. İlk simptomlar özünü cinsi əlaqədən 2-21 gün sonra göstərir. İdrar yolunda yanma və ağrı, irinli axıntı, qarnın aşağı hissəsində ağrı qonoreyadan xəbər verə bilər. Müalicə olunmazsa, sonsuzluğa səbəb olar. Xlamidioz Cinsi əlaqədən 7-21 gün sonra cinsiyyət orqanında qaşınma, sidik ifrazı zamanı ağrı və yanma, menstrual tsikl arası qanaxma, ürəkbulanma, islah bu xəstəliyin əsas əlamətləridir. Müalicə olunmadığı təqdirdə sonsuzluga, sidik yolları xəstəliklərinə səbəb ola bilər. Kişilərd bu xəstəlik tam simptomsuz şəkildə gedir. Qeyd edim ki, bu xəstəliyi tam müalicə etmədən hamilə qalmaq olmaz, belə ki, xəstəlik asanlıqla rəhmdəki uşağa keçə bilir. Trixomoniaz Cinsi orqanda ağrı, tünd rəngli axıntı, tez-tez idrara çıxma xəstəliyin əsas simptomudur. Kişilərdə simptomsuzdur. Müalicə edilməzsə, sidik yolları iltihabına, keçici sonsuzluğa səbəb olar. Herpes Genital bölgədə qaşınma ilə müşahidə edilən səpkilərə səbəb olur. Müalicə olunmazsa, uşaq boynu xərçənginə, idrar yolları xəstəliklərinə yol açır. Doğum zamanı asanlıqla uşağa keçə, ölümlə nəticələnə bilər. Hepatit-B Cinsi yolla keçə bilən daha bir xəstəlik Hepatit-B-dir. Simptomları sidiyin rənginin tündləşməsi, qızdırma, qaraciyərdə böyümə və sarılıqdır.
Cemi nefer oxuyub
Beyen(108) | Beyenme(99)
Azwap.biz
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe