Şəfa , geri dön....
Şəfa , geri dön....

Şəfa , geri dön....


Bu dəfə bəzəkli-düzəkli əcnəbi artistlərdən yox,özümüzün sadə,nakam xanəndə-müğənnimiz Şəfa Hüseynovadan danışacam.Sənətkarlıqdan əlavə xəyanətə uğramış milyonlarla qadından biri kimi. Şəfa 1975-ci ilin dekabrın 28-də Sumqayıtda doğulmuşdu. Sonradan ailəsi ilə Bakıya köçmüşdü. Gözəl şeir yazıb, estrada janrında mahnılar bəstələyib oxusa da o, bütün ruhu ilə xalq mahnılarına, muğam musiqimizə vurğun idi. Muğamın itdiyi bir dövrdə milli musiqimizi təbliğ edir, Alim Qasımovla birgə yorulmadan fəaliyyət göstərirdi. (Sonralar Şəfa komada olanda qardaşı Zöhrab Alim Qasımovadan onun başı üzərində oxumağı xahiş edəcəkdi, bununla da son ümid limitindən istifadə edəcəkdi əslində) Şəfa filoloq idi, mən də o fakültəyə hazırlaşırdım, bizi adımızdan əlavə birləşdirən cəhət də bu idi. Məhz buna görə televiziyada gördüyüm ilk gündən diqqətimi çəkmişdi. Elə insanlar var ki, onlar sadəcə sevib-sevilmək üçün gəlirlər bu dünyaya. Şəfa da sevirdi, bu sevgi onu bir-birindən gözəl, həzin musiqilər yazmağa vadar edirdi. Şəfanın yanıqlı səsində ürəkləri oxşayan və ondan yadigar qalan bir-iki mahnıdan olan “Səndən sonra” məhz o sevginin meyvəsi idi. Şəfa sevgisində arzuladığı qarşılığı ala bilməmişdi: İddialara görə, həyat yoldaşı Anarın (keçmiş “N-brother” qrupunun keçmiş üzvü) mütəmadi xəyanətindən sonra istəmədən ayrılmışdı ondan. Bu ayrılıqdan doğan nisgil Şəfanın bütün mahnılarında hiss olunurdu. Bütün bunlara baxmayaraq yorulmadan çalışır, yeni uğurlara imza atır və muğam ifasını daha da püxtələşdirirdi, çox keçmədən isə ailəsini böyük bir sınaq qarşısında qoyur. 2005-ci il dekabrın ilk günlərində Şəfa, anası, qardaşı (Qatili…) Səxavət qohum toyuna getmək üçün rayona üz tuturlar. Qayıdanda isə 21 yaşlı təcrübəsiz sürücü anasının və bacısı Şəfanın ölümünə səbəb olacaq yol qəzası törədir. Şəfa 3 gün komada qalır. Anası həmin gün ölür, Səxavət isə 41 günlük komadan sonra sağalır, mənəvi cəhətdən şikəst qalan gənc, indi də öz “Günahının”vicdan əzabını çəkir… Şəfa sağlığında da tanınır, sevilirdi amma ölümündən sonra səs yazılırana başqa cür kədər hopub sanki. Məndə Şəfanın 2 mahnısı var:”Səndən sonra “ Və “Geri dön” Sən də mənim kimi,hələ də sevirsənsə-Geri dön…
Cemi nefer oxuyub
Beyen(114) | Beyenme(145)
Azwap.biz
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe