Ən asan börək
Ən asan börək

Ən asan börək


Поиск

Источник: Meydan TV

''Həyatınızı dəyişdirəcək suallar''
Авторы: Orxan Adıgözəl

Дата: 7 Июнь 2019



İnsan ən çox özü ilə vaxt keçirsə də, hərdən özünə suallar versə də, bir çox halda həmin suallara cavab tapmaqdan yayınır. Bu, necə olur? Çox sadə - insan özünü sadəcə “yola verir” .Misal üçün bir nəfər özünə “qarşı cinslə münasibətdə sənin üçün vacib olan şeylər nələrdir” tipli bir sual verir. Bu haqda düşünməyə başlayan kimi çox vaxt sıxılır, narahat olur. Niyə? Çünki sual ətrafında düşünmək onun həm də zəif tərəflərini meydana çıxarır. Çox vaxt zəif tərəflərimizi özümüz üçün müəyyən edəndə, bu, bizə ağır gəlir. Həm sualdan yeni sual doğur. Bu da paslanmış düşüncə kanallarını açmağa xidmət edir. Həmin kanalların açılışı əslində asan başa gələn proses deyil. Bu kimi suallar ətrafında dərin düşüncələr qurmaq təfəkkür etməyə gətirib çıxarır. Təfəkkür – intellektin fəal forması olmaqla bərabər, cisim və hadisələr, eyni zamanda münasibətlər arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq, analiz qabiliyyəti sayılır. Təfəkkür - bizi heyvanlardan fərqləndirən əsas amillərdəndir. Bu yazıda sizə müxtəlif suallar təqdim olunacaq(!) Əlbəttə, əgər siz özünüzü yola verməyə davam edəcəksinizsə, onda bu məqaləni daha oxumağa dəyməz. Elə zənn edin ki, guya belə bir yazıya heç rast gəlməmisiniz də. Yazını bağlayın, əvvəlki həyatınıza qayıdın və necə yaşayırdınızsa, elə də yaşamağa davam edin. Mən kiməsə nə məsləhət vermək niyyətindəyəm, nə də filosofluq etmək fikirim var. Bunu da qeyd edim ki, insanın özünü yola verməsi, başqalarını yola verməkdən də betərdir. Yaxşı, bəs, siz özünüzə nə vaxt meydan oxumaq və indiki passiv və mənasız hesab etdiyiniz vəziyyətinizi dəyişmək istəyirsiniz? Bu, insanın özünə səslənişi, çağırış etməsidir. Həmin çağırış onu daha genişmiqyaslı, daha keyfiyyətli, daha çox dərk edərək və əlbəttə daha mənalı və məzmunlu həyat yaşamağa səsləyir. Əksəriyyətimiz “avtopilot” halında yaşayır. Bu halda biz tam olaraq öz iradəmizlə həyatımızı müstəqil şəkildə idarə edə bilmir, ona yön verə bilmirik.
Cemi nefer oxuyub
Beyen(91) | Beyenme(94)
Azwap.biz
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe