Xəstəliklərin əlamətləri
Xəstəliklərin əlamətləri

Xəstəliklərin əlamətləri


hansı bir patoloji dəyişkənliyin əsas göstəricilərindən biridir.
Ağrı damarları daralda (bəzən genişləndirə), təzyiqi yüksəldə və nəbzi tezləşdirə bildiyindən ağrını yaradan səbəblə birlikdə arqanizm üçün yük olur.
Ağrının bəzi növlərində reseptsiz satılan ağrıkəsicilər kifayət qədər effektiv olur, lakin bu preparatları qəbul etməzdən əvvəl annotasiyanı diqqətlə oxumaq və həmin preparatın bir dəfəlik, eləcə də sutkalıq dozasını bilmək lazımdır.
Insanların ağrıya dözümlülüyü fərdidir. Eyni zamanda ağrının intensivliyi heç də həmişə problemin ciddiliyindən xəvər vermir və əksinə.
Ağrı kəskin, xroniki və proyeksion ola bilər.
Kəskin - ağrı yeni yaranmış və yerləşməsi asanlıqla təyin olunan ağrıdır.
Xsoniki ağrı � 6 aydan çox davam edən və medikamentoz müalicəyə tabe olmayan ağrıdır. Xroniki ağrı bəzən həmin ağrını yaradan səbəb müalicə olunduqdan sonra belə davam edir.
Bəzən ağrı pataloji dəyişiklik olan nahiyyədən uzaqda müşahidə olunur, buna proyeksion ağrı və ya ağrının irradiasiyası deyilir. Belə ağrı ağrı siqnalının ötürülməsinə cavabdeh olan sinir strukturları qıcıqlanar və ya sıxılarsa yaranır və həmin sinirin innervasiyası nahiyyəsində müşahidə olunur.
Bir sıra hallarda ağrı konkret bir xəstəliyin nəticəsi olmayıb, psixoloji problemlərlə bağlı yaranır. Məsələn, ipoxondriya və ya ipoxondrik nevroz zamanı diqqəti bütövlüklə öz səhhətinə yönəlmiş xəstə özündə hər hansı bir ciddi xəstəliyin olmasına inanır. Bu fikrin əsasəında isə əslində xəstəlik simptomu olmayan bir neçə cüzi fiziki əlamət durur.
Daimi ağrı hissiyatı depressiyalar üçün xarakterikdir.


Əsəbilik.

Hər üç haldan birində əsəbilik �daxili yanma� adlanan sindromun nəticəsi olur, bu zaman təkrarlanan stress situasiyaları insanın psixoloji müdafiə mexanizmlərini sıradan çıxararaq insanın öz emosiyalarına nəzarətini zəiflədir.
Digər hallarda isə əsəbilik hər hansı bir problemin əlaməti olur. Əsəbiliyə bir sıra amillər səbəb ola bilər:
- ağır xronik xəstəliklər (əsasən qalxanabənzər, ürək və ya mədə ilə bağlı problemlər),
- depressiya,
- baş vermiş ağır bir hadisə ilə bağlı uzun müddət pis ovqat ilə yaşamaq,
- bəzi preparatların qəbulu.

Əsəbilik anemiya və avitaminozla da bağlı ola bilər. Eyni zamanda baş beyin maqnit-rezonanas müayinəsinin köməyi ilə şiş inkişaf etməsini istisna etmək vacibdir.

Əsəbilik müşahidə olunarkən bir sıra tədbirlər həyata keçirilməlidir:
- şəraitin və ya fəaliyyətin növünün dəyişdirilməsi,
- gündəlik həyatdan xeyli fərqlənən aktiv istirahət,
- yuxunun normallaşdırılması,
- fiziki yükün artırılması və bu yolla emosional yüngülləşməyə nail olunması,
- davranışın korreksiyası, psixoloji müdafiənin artması və aqressivliyin azalmasına yönəldilmiş psixoterapiya.
- relaksasiya üsullarının mənimsənilməsi,
- narahatlıq hissini götürən və sinir sistemini sakitləşdirən preparatların tətbiqi (lakin bu bir qədər risklidir).

Epilepsiya xəstəliyi üçün də əsəbilik xarakterdir. Bu zaman şəxsiyyətdə əsəbilikdən əlavə xırdaçılıq və pedantizm yaranması ilə özünü göstərən dəyişiklik yaranır, bu dəyişikliklər �epileptik defekt� adlanan halı təşkil edir.
Və nəhayət əsəbilik bəzi insanların anadangəlmə xüsusiyyəti olur, belə şəxslər çox deyil � cəmi 0.1% təşkil edir.




Hıçqırma.

Hıçqırma � tənəffüs aktının dayanmış olarkən qısa və güclü nəfəsalımıdır.
Hıçqırma qeyri-iradi olub, adətən təkrarlanır. Hıçqırmanın praktik faydası müəyyənləşdirilməməsidir, lakin hesab olunur ki, bu, tənəffüs əzələlərinin məşqi mexanizmidir. Hətta bətndaxilində uşağın hıçqırmasıda məlumdur, o bu yolla anadan olan kimi tənəffüs etməyə hazırlaşır.
Köks boşluğunun qarın boşluğundan həzm orqanları üzərində yerləşən diafraqma ayırır. Diafraqma tənəffüsdə iştirak edən əzələdir, o, gərginləşərkən havanın ağciyərlərə dolmasını, boşalarkən isə ağciyərlərdəki havanın xaric olmasını təmin edir. Hıçqırmanın ən geniş yayılmış səbəbi � diafraqma sinirinin qıcıqlanması əksər hallarda hava udulması ilə tamamlanan sürətli qida və maye qəbulu nəticəsində yaranır. Eyni zamanda çoxlu miqdarda yağlı qida qəbulundan sonra mədə gec boşalaraq diafraqmanın qıcıqlanmasına səbəb olur.
Hıçqırıq əksər hallarda təhlükəsiz olsa da, bəzən hər hansı bir xəstəliyin simptomu kimi çıxış edə bilir. Bəzi hallarda pnevmaniyalı xəstələrdə davamlı hıçqırığa təsadüf olunur. Uzunmüddət siqaret çəkmiş şəxslərdə isə hıçqırıq ağciyərlərdə şişin inkişaf etdiyini göstərir. Digər xoşagəlməz hissiyatlar, o cümlədən ürəkdöyünməsi ilə birlikdə hıçqırıq diafraqmanın qida borusu dəliyinin yırtıqlarında bəzən müşahidə edilir.
Xronik alkoqolizm nəticəsində toksik hıçqırıq inkişaf edə bilər. Eyni zamanda alkoqolizm fonunda hıçqırıq inkişaf edən və diafraqmanı qıcıqlandıran qaraciyər xəstəliyi ilə bağlı ola bilər.
Bəzi sadə üsullar hıçqırığı saxlamağa kömək edə bilir:
- kəmşirin su və ya buzlu su içmək,
- az miqdarda xırda buz parçaları udmaq,
- kiçik və bir qədər quru çörək parçasını yavaş-yavaş yemək,
- plastik deyil, kağız paketə sürətlə nəfəs verib almaq,
- başı arxaya ataraq tənəffüsü saxlamaq və onadəksaymaq, sonra nəfəs verib bir stakan su içmək,
- bir qaşıq şəkər tozunu su ilə birlikdə qəbul etmək.
Bu üsullar kömək etmədikdə serukal qəbulu ilə (müvafiq dozalarda) hıçqırığı saxlamaq olar.



İshal.

İshal və ya diareya � defekasiyanın sadəcə tezləşməsi deyil, eyni zamanda nəcisin konsistensiyasının durulaşmasıdır. Sutkada 3 dəfədən artıq duru nəcisin və ya 1 həftədən artıq duru və ya qanlı nəcisin olması diareya hesab olunur. Defekasiya aktı nisbətən tez-tez olursa lakin bu zaman nəcis formalaşmışdırsa, bu hal diareya hesab olunur. Defekasiya aktının tezləşməsi qalxanabənzər vəzi funksiyasının normadan artıq olması və yaxud qəbul olunan qidanın miqdarının çoxluğu ilə bağlı ola bilər.
Eyni zamanda sutkada 1 dəfə duru nəcisin müşahidə olunması hər hansı bir əsəbi gərginliklə də (məslən, tələbələrdə imtahandan əvvəl) bağlı ola bilər.
Diareya 4 gündən artıq davam edir və aşağıdakı əlamətlərlə müşayət olunursa, həkimə müraciət olunmalıdır:
- meteorizm,
- qarında ağrı,
- nəcisdə selik, bəzən qan,
- iştah və çəkinin azalması,
- ürəkbulanma və qusma,
- qara nəcis,
- yüksək hərarət.

Diareyanın ən ciddi fəsadlarından bir orqanizmin susuzlaşması � dehidrotasiyasıdır. Kiçik yaşlı uşaqlar və yaşlı şəxslər dehidrotasiyaya daha çox meyilli olurlar.
Diareyaya aşağıdakı amillər səbəb ola bilər:
- bağırsaq infeksiyaları,
- qida allergiyası,
- dərman preparatları, xüsusən antibiotiklər, bəzi antosidlər, qəbizlik əleyhinə preparatlar və.s.
- kofe və spirtli içkilərdən sui-istifadə.

Diareyanın müalicəsində əsas şərt orqanizmi susuzlaşmadan qorumaqdır. Adi suyun tərkibində qlükoza və minerallar olmadığından, mineral sudan və bulyondan istifadə olunmalıdır.
2 həftədən artıq davam edən ishal xronik ishal kimi qiymətləndirilir. Xronik ishala həzm fermentlərinin azlığı, diabet, qida allergiyası, hipertrieoz, bağırsağın iltihabı xəstəlikləri (kolit, enterokolit, divertikulit, Kron xəstəliyi) səbəb olur.
İshala səbəb olan amillərdən biri də laktoza çatışmamazlığıdır. Bu fermentin çatışmamazlığı süd və süd məhsullarının mənimsənilməsini çətinləşdirərək ishal yaradır.
İnfeksiya ilə bağlı diareyalar müvafiq antimikrob və antivirus preparatları ilə müalicə olunur. Bu təyinatlar həkim tərəfindən verilməlidir.
Diareyanın səbəbi aydınlaşdırılana qədər pəhriz gözlənilməlidir.
İshal zamanı uşaqların qida rasionuna banan, düyü həlimi, quru qızardılmış çörək daxil edilir.
Diareyanın müalicəsinin �populyar� üsulları nəcisi sadəcə bağırsaqda ləngidib müalicəvi effekt göstərmədiyindən, onların tətbiqi məqsədəuyğun sayılmır.
Qeyd etmək lazımdır ki, infeksion diareyadan qorunmanın ən effektiv üsullarından biri şəxsi gigiyena qaydalarına əməl olunmasıdır.
Cemi nefer oxuyub
Beyen(82) | Beyenme(101)
Azwap.biz
©Azwap.biz 2010-2021

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe