İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var
OKT16
📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat16:49
🗂️ KateqoriyaTexnologiya

İsmayıllı, 16 oktyabr,
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Balik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rəşad Rəşidov