← Bütün xəbərlər 💻 Texnologiya

Süni intellekt üzrə 5 dövlət standartı qəbul edilib

🕒 16.10.2026 17:12
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat17:12
🗂️ KateqoriyaTexnologiya
Süni intellekt üzrə 5 dövlət standartı qəbul edilib

Bakı, 16 oktyabr,

Cari ildə Azərbaycanda süni intellekt üzrə həyata keçirilən işlərin nəticəsi olaraq 5 dövlət standartı qəbul edilib.

Bu sözləri Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələrinin standartlaşdırılması şöbəsinin müdiri Firuzə Bəhri Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimindəki çıxışında deyib.

“Bu standartlar etika, idarəetmə, təsirin qiymətləndirilməsi, audit və sınaq məsələlərini əhatə edir. Bu istiqamətlərin seçilməsi süni intellekt texnologiyalarının təhlükəsiz, məsuliyyətli və şəffaf tətbiqinin təmin olunması məqsədi daşıyır. Müasir dünyada əsas məqsəd yalnız süni intellekt texnologiyalarının inkişaf etdirilməsi deyil, eyni zamanda, onların təhlükəsiz, məsuliyyətli və şəffaf şəkildə tətbiq olunmasıdır. Yeni standartların tətbiqi təşkilatlara süni intellekt sistemlərini daha düzgün qiymətləndirmək və idarə etmək imkanı yaradacaq”, - deyə o vurğulayıb.

▲