"Sumqayıt" öz meydanında "Araz-Naxçıvan"ı üstələdi

Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" klubu "Şəfa" üzərində əzmkar qələbə qazanıb.
Xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk iki qol qonaq komandadan gəlib. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-pen.) paytaxt təmsilçisinin qollarının müəllifi olublar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo Apolinario (90+5-pen.) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, "Şamaxı" 13 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. Aktivində 3 xalı olan "Şəfa" isə 11-cidir. VIII tura oktyabrın 18-də yekun vurulacaq.
Bu gün Misli Premyer Liqasının VIII turu çərçivəsində iki oyun keçiriləcək.
Xəbər verir ki, turun ilk qarşılaşmasında "Şamaxı" "Şəfa"nı qəbul edəcək.
Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Günün digər matçında isə "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gələcək. "SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Misli Premyer Liqası
15:00. "Şamaxı" - "Şəfa";
19:00. "Sumqayıt" - "Araz-Naxçıvan".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın