“Suitinin kabusu” fotosu “Our Nature Environmental Photo & Video Awards” müsabiqəsinin qalibi olub

Bakı, 16 oktyabr,
Arktika buzunda dəniz məməlilərinin nəfəs almaq üçün istifadə etdiyi dəliyə baxan ağ ayının təsvir olunduğu təsirli fotoşəkil “Our Nature Environmental Photo & Video Awards 2026” müsabiqəsində “Ekoloji foto və video” nominasiyası üzrə qalib olub.
Audun Rikardsenin “Suitinin kabusu” adlı fotosunda ayı birbaşa fotoqrafın buzun altında yerləşdirdiyi kameranın obyektivinə baxır. Rikardsen bu fotonu çəkmək ideyasını bundan əvvəl Arktikada başına gələn bir hadisədən sonra düşünüb. Həmin hadisə zamanı ağ ayı onun kamerasını buzda açılmış dəliyə salıb. Həmin kamera Şpitsbergen sahillərində suda batıb. Lakin bu baş verməzdən əvvəl hərəkətə həssas olan kamera ağ ayının bir neçə “selfi”sini çəkməyə macal tapıb.
Qeyd edək ki, müsabiqəyə 35 ölkədən fotoqraf və kinorejissorların 2 100-dən çox işi təqdim olunub. “Our Nature Environmental Photo & Video Awards” mükafatı ictimaiyyətin məlumatlılığını artırmaq və fotoqrafiyanın ətraf mühitin mühafizəsi sahəsində müsbət dəyişikliklərə necə töhfə verə biləcəyini nümayiş etdirmək məqsədi daşıyır.
Fotoları təqdim edir.