Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb
OKT16
📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat18:14
🗂️ Kateqoriyaİqtisadiyyat

Bakı, 16 oktyabr,
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dünyanın nüfuzlu maliyyə nəşrlərindən hesab olunan “Global Finance” jurnalına müsahibə verib.
Mərkəzi Bankdan bildirilib ki, Taleh Kazımov müsahibədə qlobal iqtisadi risklər fonunda Azərbaycanın makroiqtisadi dayanıqlılığı, pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi, maliyyə sektorunda aparılan islahatlar və iqtisadiyyatın şaxələndirilməsi mövzularından bəhs edib.
O, həmçinin “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra prosesi barədə məlumat verib.