İnşaatçılar prospektində piyada keçidi "təhlükə ünvanı"na çevrilib? - Video
OKT16
📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat17:02
🗂️ KateqoriyaCəmiyyət

"Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında İnşaatçılar prospektindəki piyada keçidlərinin yaratdığı təhlükələrdən danışılıb.
Bildirilib ki, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən iki nizamlanmayan piyada keçidində nəqliyyatın intensiv hərəkəti və piyadaların yolu nizamsız keçməsi təhlükəli vəziyyətlərə səbəb olur. Belə hallarda sürücülər qəfil tormozlamağa məcbur qalırlar ki, bu da qəza riskini artırır.
Buraxılışda ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə piyada keçidlərinin yerləşməsinə və nizamlanma qaydasına yenidən baxılması təklif olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın