← Bütün xəbərlər 🔥 Gündəm

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

🕒 16.10.2026 17:09
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat17:09
🗂️ KateqoriyaGündəm
Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 16 oktyabr,

Milli Paralimpiya Komitəsinin (MPK) yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti MPK-nın rəhbərliyi ilə birlikdə Fəxri xiyabanı ziyarət edib.

MPK-dan bildirilib ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə çiçəklər düzüb.

▲