← Bütün xəbərlər 🚨 Hadisə

Samuxda ağır qəza: Maşın iki hissəyə bölündü - Foto

🕒 17.10.2026 00:48
OKT17 📅 Tarix17 Oktyabr 2026
🗓️ GünŞənbə
🕒 Saat00:48
🗂️ KateqoriyaHadisə
Samuxda ağır qəza: Maşın iki hissəyə bölündü - Foto

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtomobil iki hissəyə bölünüb.

İstinadən xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov VAZ-2107 markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb və zərbənin təsirindən iki hissəyə bölünüb. Sürücü ağır xəsarət alıb.

H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

▲