← Bütün xəbərlər 🏛️ Siyasət

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

🕒 16.10.2026 18:53
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat18:53
🗂️ KateqoriyaSiyasət
Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Bakı, 16 oktyabr,

Oktyabrın 16-da Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində vətəndaşlarının müraciətlərini dinləyib.

Nazirlikdən bildirilib ki, qəbulda Füzuli, Ağdam və Xocavənd rayonlarından olan sakinlər müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri əsasən məşğulluq, iş yerinin dəyişdirilməsi, əməyin qiymətləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, mədəniyyət sahəsinə dair təkliflər və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri sakinlər tərəfindən qaldırılan bütün məsələlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda şəhid ailələri və qazilərin də qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

▲