AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
OKT16
📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat16:40
🗂️ Kateqoriyaİdman

Bakı, 16 oktyabr,
AFFA-nın texniki direktoru Edmond Klaus, köməkçisi Ramiz Kərimov və məsləhətçisi Arif Əsədov “Qarabağ”ın akademiyasında görüş keçiriblər.
Milli assosiasiyadan bildirilib ki, AFFA nümayəndələri əvvəlcə “Qarabağ”ın U-19 komandasının məşqini izləyib, daha sonra akademiyanın direktoru Aftandil Hacıyev və meneceri Nail Kərimov ilə görüşüblər.
Görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın gücləndirilməsi, məşqçilərin futbolçuların inkişafındakı rolu, eləcə də AFFA-nın uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirməyi planlaşdırdığı tədbirlər müzakirə olunub.
Akademiyanın məşqçi heyətinin də iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.