← Bütün xəbərlər ⚽ İdman

Messinin "Barselona"da debütündən 22 il ötür - Video

🕒 16.10.2026 23:18
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat23:18
🗂️ Kateqoriyaİdman
Messinin "Barselona"da debütündən 22 il ötür - Video

Düz 22 il əvvəl, 16 oktyabr 2004-cü ildə argentinalı futbolçu Lionel Messi "Barselona"nın heyətində ilk rəsmi oyununu keçirib.

Bu barədə Euro-football.ru portalına istinadən xəbər verir.

Həmin gün Kataloniya derbisi baş tutub - "Barselona" səfərdə "Espanyol"a qarşı oynayıb. Messi 82-ci dəqiqədə Dekunu əvəz edərək meydana daxil olub.

Həmin qarşılaşmada "Barselona" 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 17 yaşlı Messinin əvəzlədiyi Deku olub.

Lionel Messi 2021-ci ilə qədər "Barselona"da çıxış edib, daha sonra klubun maliyyə problemləri səbəbindən komandanı tərk etmək məcburiyyətində qalıb. Kataloniyalılar həmin vaxt Messi ilə müqaviləni uzatmağa maddi imkan tapmamışdılar. Hazırda 39 yaşlı argentinalı ulduz ABŞ-nin "İnter Mayami" klubunun şərəfini qoruyur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

▲