Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər
OKT17
📅 Tarix17 Oktyabr 2026
🗓️ GünŞənbə
🕒 Saat00:17
🗂️ KateqoriyaGündəm

Bakı, 17 oktyabr,
Hörmüz boğazında batan Sinqapur bayrağı altında üzən “GFS Pride” gəmisinin konteynerlərində təhlükəli kimyəvi maddələrin ola biləcəyi bildirilir.
Bu barədə “Əl-Cəzirə” Oman hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Oman Dəniz Təhlükəsizliyi Xidmətinin açıqlamasında konteynerlərdə təhlükəli kimyəvi maddələrin ola biləcəyi qeyd olunub.
Məlumata görə, “GFS Pride” gəmisi çərşənbə günü mərmi zərbəsi nəticəsində zədələnib, göyərtəsində yanğın baş verib və gəmi Oman sahilləri yaxınlığında batıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə dəfələrlə gəmiləri Oman sahilləri yaxınlığından keçən cənub marşrutundan istifadə etməməyə çağırıb və Hörmüz boğazına nəzarəti əlində saxladığını bildirib.