← Bütün xəbərlər 🩺 Səhiyyə

Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

🕒 16.10.2026 16:37
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat16:37
🗂️ KateqoriyaSəhiyyə
Tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılıq artırılır

Bakı, 16 oktyabr,

Oktyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Tibbi tullantıların düzgün idarəedilməsi və çeşidlənməsi” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Ordusunun baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Hamlet Hüseynov iştirakçılara görüşün əhəmiyyəti və mövzu barədə məlumat verib.

Tədbirdə tibbi tullantıların idarəolunması ilə bağlı qanunvericiliyin tələbləri, tullantıların düzgün çeşidlənməsi, toplanması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin tibbi tullantıların insan sağlamlığına və ətraf mühitə potensial təsirləri, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunub.

Maarifləndirmə tədbirinin əsas məqsədi tibbi tullantıların təhlükəsiz idarəolunması üzrə məlumatlılığın artırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi sahəsində düzgün yanaşmaların təşviqidir.

▲