Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
OKT16
📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat21:04
🗂️ Kateqoriyaİdman

Bakı, 16 oktyabr,
Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.
"Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 8-ə çatdıran "Sumqayıt" səkkizinci pillədə qərarlaşıb. Qonaqlar isə 2 xalla sonuncu - 12-ci yerdədir.
Bu, "kimyaçılar"ın ardıcıl ikinci qələbəsi olub.
Turun digər matçında isə "Şamaxı" "Şəfa"nı 3:2 hesabı ilə üstələyib.