Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

Bakı, 17 oktyabr,
“Vaqif” operası Azərbaycan milli opera sənətinin dəyərli nümunələrindən biri olmaqla yanaşı, Ramiz Mustafayevin bəstəkarlıq irsində xüsusi yer tutur. Səməd Vurğunun eyniadlı dramı əsasında yaradılan əsər tarixi şəxsiyyət Molla Pənah Vaqifin obrazını, dövrün ictimai-siyasi mənzərəsini və milli ruhu musiqi dili ilə səhnəyə gətirir.
Bunu oktyabrın 16-da nümayiş olunan “Vaqif” operasında Xuraman obrazını ilk dəfə canlandıran solist Fatimə Cəfərzadə açıqlamasında deyib.
Operada Xuraman obrazını ilk dəfə canlandıran ifaçı bildirib ki, bu rol mürəkkəb xarakteri, daxili ziddiyyətləri, mənfi və müsbət xüsusiyyəti ilə seçilir. Əsərin əvvəlində mənfi cəhətləri ilə diqqət çəkən Xuraman hadisələrin inkişafı ilə öz səhvini anlayır. İfaçının sözlərinə görə, obrazın xarakterindəki bu dəyişimi səhnədə dolğun ifadə etmək onun daxili dünyasını və yaşadığı mənəvi dönüşü tamaşaçıya çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
O bildirib ki, Xuraman obrazı üzərində işləmək onun üçün maraqlı və fərqli təcrübə olub.
Fotomüxbir - Tofiq Babayev