Binəqədi şossesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək
OKT16
📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat18:28
🗂️ KateqoriyaGündəm

Bakı, 16 oktyabr,
Təmir işləri ilə əlaqədar oktyabrın 17-də Binəqədi şossesinin müəyyən hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, məhdudiyyət oktyabrın 17-si saat 06:00-dan etibarən Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində tətbiq ediləcək.
Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.