← Bütün xəbərlər 🌍 Dünya

Sankt-Peterburqda cümə namazında miqrantlara qarşı kütləvi reyd keçirildi - Video

🕒 16.10.2026 18:58
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat18:58
🗂️ KateqoriyaDünya
Sankt-Peterburqda cümə namazında miqrantlara qarşı kütləvi reyd keçirildi - Video

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşları Sennoy bazarında genişmiqyaslı reyd keçiriblər. Yoxlamalar yaxınlıqdakı hostelləri və və miqrantların toplandığı kafeləri əhatə edib.

Bu barədə "Fontanka" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 16-da Sennoy bazarı güc strukturları tərəfindən mühasirəyə alınıb. Ərazi polis, Milli Qvardiya və xüsusi təyinatlı polis dəstəsinin (OMON) avtomobilləri ilə əhatələnib, bazarın darvazaları bağlanıb və içəridə olan insanlar bir müddət çölə buraxılmayıb. Reydin keçirilməsinə səbəb miqrasiya qanunvericiliyinə əməl olunmasının kütləvi şəkildə yoxlanılması olub. Əməliyyat hətta cümə namazı vaxtına təsadüf edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeydiyyat, patent və miqrasiya kartlarını yoxlayıblar. Sənədləşdirmədə pozuntular aşkar edilən onlarca şəxs artıq saxlanılıb. Yoxlamalar yalnız bazar ərazisi ilə məhdudlaşmayıb: güc strukturları yaxınlıqda yerləşən hostellərə və kafelərə də baxış keçiriblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

▲