← Bütün xəbərlər 🌍 Dünya

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

🕒 17.10.2026 02:16
OKT17 📅 Tarix17 Oktyabr 2026
🗓️ GünŞənbə
🕒 Saat02:16
🗂️ KateqoriyaDünya
Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Bakı, 17 oktyabr,

ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına nəzarət üzrə razılaşmaların əldə olunacağına əminliyini ifadə edib.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Düşünürəm ki, onlarla razılaşma əldə edə bilərəm. Müəyyən müddət ərzində buna nail olacağam. Bunun mütləq bu il baş verməsi vacib deyil”, – deyə o bildirib.

Trampın sözlərinə görə, o, nüvə silahlarına nəzarət məsələsini Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə danışıqlarda da müzakirə edib.

Ağ Evin məlumatına görə, Tramp sentyabrda Si Cinpinin ABŞ-yə səfəri zamanı üç ölkə arasında silahlara nəzarət üzrə danışıqların aparılmasını dəstəkləyib.

Vaşinqton daha əvvəl nüvə silahlarının azaldılması ilə bağlı mümkün yeni razılaşmaya Çinin də daxil edilməsinin vacibliyini vurğulayıb. Pekin isə ABŞ-lə bu sahədə məsləhətləşmələrə hazır olduğunu, lakin bunun üçün ölkənin əsas maraqlarına hörmət edilməli olduğunu bildirib.

▲