← Bütün xəbərlər 🔥 Gündəm

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

🕒 16.10.2026 20:10
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat20:10
🗂️ KateqoriyaGündəm
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Stokholm, 16 oktyabr, АZƏRTAC

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Elnur Sultanov Stokholmdakı Kral Sarayında baş tutan rəsmi mərasimdə etimadnaməsini İsveç Kralı XVI Karl Qustava təqdim edib.

Bu barədə səfirlikdən məlumat verilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsveç Kralı XVI Karl Qustava çatdıran səfir iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Kral, öz növbəsində, səmimi salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. İsveç Kralı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə İsveç arasında tarixi əlaqələr, ikitərəfli münasibətlərin cari vəziyyəti və qlobal çağırışlarla mübarizədə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

▲