Azərbaycanda içki istehsalı kəskin azalıb - FOTO
OKT16
📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat15:22
🗂️ Kateqoriyaİqtisadiyyat

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda emal sənayesi üzrə 16 milyard 982.9 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yaydığı hesabatda yer alıb.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 16 faiz, qida məhsullarının istehsalı isə 6.4 faiz artıb. İçki istehsalında isə 0.1 faizlik azalma qeydə alınıb. Əsas məhsul növləri üzrə göstəricilərə gəlincə, hesabat dövründə duru bitki yağlarının istehsalı 31.8 faiz, siqaret istehsalı isə 15.4 faiz yüksəlib. Bunun əksinə olaraq, viski və brendin istehsalı 37.4 faiz azalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın