← Bütün xəbərlər 🚨 Hadisə

Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü

🕒 16.10.2026 18:36
OKT16 📅 Tarix16 Oktyabr 2026
🗓️ GünCümə
🕒 Saat18:36
🗂️ KateqoriyaHadisə
Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı özuqaldıran yuk avtomobili idarəetməni itirərək aşıb və bir nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

Qeyd olunub ki, xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Turqay Əhməd oğlu Qasımovun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

▲