Əməkdar rəssam vəfat etdi
Əməkdar rəssam vəfat etdi
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

azwap.biz-ın məlumatına görə, bu barədə Rəssamlar İttifaqından məlumat verilib.

Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Əməkdar rəssam vəfat etdi

Baxılıb: 853   Tarix: 07 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe