Məşhur cütlüyün ayrılıq səbəbi ortaya çıxdı
Məşhur cütlüyün ayrılıq səbəbi ortaya çıxdı
Türkiyənin məşhur aktyoru Kərəm Bürsin və gözəl aktrisa Serenay Sarıkayanın illər əvvəl niyə ayrıldıqları məlum olub.

Lent.az xəbər verir ki, İtaliya mətbuatında dərc edilən məlumat sosial medianın gündəminə çevrilib.

2019-cu ildə Serenay Sarıkayadan ayrılan Kərəm Bürsin uzun müddətdir Hande Erçel ilə eşq yaşayır. İtaliyada böyük pərəstişkar kütləsi olan Kərəm Bürsin haqqında yazılanlar hər kəsin diqqətini çəkib.

Məlumata görə, Kərəm Bürsin illər əvvəl Serenay Sarıkayaya evlilik təklifi edib və gözəl aktrisa təklifə "hə" cavabı verib. Ancaq Sarıkayanın evlənmək üçün bir şərti olub. Kərəm Bürsinlə evlənməzdən əvvəl evlilik müqaviləsi bağlamaq istəyən Sarıkayanın istəyi Bürsini qəzəbləndirib və cütlük ayrılmağa qərar veriblər.

İllər sonra ortaya çıxan bu iddiaya köhnə sevgililərin və Hande Erçelin necə cavab verəcəyi maraq doğurur.

Baxılıb: 4033   Tarix: 07 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe