AzTV-də şəhid jurnalistin qardaşına vəzifə verildi
AzTV-də şəhid jurnalistin qardaşına vəzifə verildi
Şəhid operator Sirac Abışovun qardaşı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) fəaliyyətə başlayıb.

Manset.az xəbər verir ki, Sirac Abışovun qardaşı Şirzad Səmədov AzTV-nin Kinoproqramlar və Dublyaj baş redaksiyasında rejissor vəzifəsinə təyin olunub.

Bu barədə Ş.Səmədov öz sosial şəbəkə hesabında qeyd edib:

"Dəvətinə görə televiziyanın sədri Rövşən müəllimə dərin təşəkkürümü bildirirəm. Mənə göstərdiyi etimadı doğruldacağıma və qardaşım Sirac Abışovun adına layiq olacağıma söz verirəm".

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə çəkiliş edən jurnalistləri aparan nəqliyyat vasitəsi 2020-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, dörd nəfər isə yaralanmışdı.

Prezident İlham Əliyevin sərəncamı ilə, Sirac Abış oğlu Abışov, Məhərrəm Əli oğlu İbrahimov və Arif Ağalar oğlu Əliyevi "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

Baxılıb: 2103   Tarix: 07 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe