Xırdalanda ər 22 yaşlı arvadını öldürdü
Xırdalanda ər 22 yaşlı arvadını öldürdü
Oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan azwap.biz-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Baxılıb: 2300   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe