Oktyabrın 3-də ölkə Prezidenti İlham Əliyevin Bərdə və Tərtər rayonlarına, onun ardınca ayın 4-də Cəbrayıla səfərlər etdi. Bu tarixlər Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin, eyni zamanda, Cəbrayıl şəhərinin işğaldan azad edildiyi günlərdir. Bu gün böyük qürur hissi keçiririk ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu torpaqlarımızın işğal deyil, işğaldan azad edildikdəri tarixi qeyd etməyin sevincini bizlərə yaşatdı.