Bizə WhatsAppdan Mesaj Göndər
 Uğruna Seda ilə dalaşdığı veriliş ona da qismət olmadı - xeberler
Hər Dəqiqə Yenilənən Xəbərlər
Uğruna Seda ilə dalaşdığı veriliş ona da qismət olmadı
Uğruna Seda ilə dalaşdığı veriliş ona da qismət olmadı
Müğənni Demet Akalın aparıcılığını etdiyi "Gelinim mutfak" proqramından ayrılıb.

azwap.biz Axşam.az-a istinadən xəbər verir ki, ifaçı artıq 10 gündür verilişdən imtina etdiyini bildirib. Buna səbəb proqramın çəkim müddətinin çox olması olub. Demet çəkilişlərin 2 yox, 3 gün davam etməsinə razı olmadığını açıqlayıb.

Hazırda onun yerinə Gülbən Ərgən və Songül Karlı təklif olunub.

Qeyd edək ki, "Gelinim mutfak"ın bu günə qədər 4 aparıcısı olub. D.Akalın proqrama mübahisə yaşadığı həmkarı Seda Sayanın aparıcılıqdan ayrılmasından sonra qatılıb. Seda da öz növbəsində Demetin eyni adlı proqramının aparıcısı olub. Veriliş üstündə başlayan mübahisənin ardından D.Akalın həmkarını, daha sonra isə S.Sayan müğənnini İnstaqramdan silib.

Baxılıb: 2030   Tarix: 08 oktyabr 2021
Geri Qayit


Sayt Rehberliyi ile Elaqe
Saytimiza Geri Don MobTop.az
©Azwap.Biz 2020-2022