Dünya bu itdən danışır - FOTO
Dünya bu itdən danışır - FOTO
İstanbulda bir çox ictimai nəqliyyat vasitəsində görüntülənən "Boji" adlı it dünya mediasının diqqətini çəkib.

azwap.biz Axşam.az-a istinadən xəbər verir ki, onunla bağlı məqalələr dərc edilib.

Yazılarda "Bir küçə iti olan Boji Avropanın ən böyük şəhərində gəmidə, avtobuslarda, metroda daim görüntülənir. Boji ictimai nəqliyyat vasitələrində 30 kilometrə qədər olan yollarda səyahətin keyfini çıxarır" deyə, qeyd edilib.

İstanbulda tramvaylarda, metrolarda, avtobuslarda boji adlandırılan yerdə yatmağı sevən itə buna görə də Boji adı verilib. İstanbul Bələdiyyə nümayəndələri tərəfindən itin qulağına taxılan aparatla onun yeri müəyyən edilir. Heyvanın gündə ən az 29 metrostansiyada olduğu, hətta dəniz səyahətinə çıxdığı, həftəsonları isə adalara getdiyi bildirilib.

Bojinin ən çox istifadə etdiyi ictimai nəqliyyat Kabataş-Bağcılar istiqamətində travmay xətti olub. Anadolu ərazisində isə Kadıköy-Tavşantepe metrostansiyasını istifadə edir.

Boji ilə bağlı İndoneziya, Yunanıstan, Argentina, Meksika, Ruminiya, İsveç, İngiltərə, kanada mediası paylaşımlar edib.

Dünya bu itdən danışır - FOTODünya bu itdən danışır - FOTODünya bu itdən danışır - FOTODünya bu itdən danışır - FOTODünya bu itdən danışır - FOTODünya bu itdən danışır - FOTO

Baxılıb: 1534   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe