Bizə WhatsAppdan Mesaj Göndər
 Bakıda sığınacağa atılan iki bacının dialoqu: "Atamdan çox küsmüşəm" - xeberler
Hər Dəqiqə Yenilənən Xəbərlər
Bakıda sığınacağa atılan iki bacının dialoqu: "Atamdan çox küsmüşəm"
Bakıda sığınacağa atılan iki bacının dialoqu: "Atamdan çox küsmüşəm"
Bakıda yerləşən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına iki azyaşlı qız gətirilib.

Bu barədə İctimai Birliyin sədri Mehriban Zeynalova məlumat paylaşıb.

O bildirib ki, sığınacağa gətirilən qızlar bacıdır.

"Sığınacağa gətirilən iki bacının diaqloqu diqqətimi çəkdi. Bacılardan balacası böyüyünə deyir ki, "hamınızdan küsmüşəm". Bacısı soruşur ki "niyə?" O da deyir ki, "səndən çox yox, ən çox atamdan küsmüşəm..."

Qeyd edim ki, uşaqların analarının onları tərk etdiyi bildirilir. Ataları isə fəhlə işlədiyi üçün uşaqlara baxmağa çətinlik çəkir. Bu səbəbdən də onları sığınacağa yerləşdirib".

Baxılıb: 1869   Tarix: 08 oktyabr 2021
Geri Qayit


Sayt Rehberliyi ile Elaqe
Saytimiza Geri Don MobTop.az
©Azwap.Biz 2020-2022