Parkda gəzərkən xırda daş tapdılar, həyatları dəyişdi - FOTO
Parkda gəzərkən xırda daş tapdılar, həyatları dəyişdi - FOTO
Kaliforniyalı cütlük Arkanzasda dincələrkən təsadüfən yerdən tapdıqları daş sayəsində varlanıblar.

Parkda gəzərkən xırda daş tapdılar, həyatları dəyişdi - FOTOazwap.biz xarici mətbuata istinadən xəbər verir ki, Arkanzasın "Crater of Diamonds" ("Almaz kraterı") Milli Parkında gəzən qadın yerdən gözəl bir daş taparaq xüsusi tapıntılar mərkəzindəki mütəxəssislərə göstərib.

Məlum olub ki, tapıntı sarı rəngdə 4,38 karatlıq almazdır.

Parkın əməkdaşının sözlərinə görə, bu, 2021-ci ildə tapılan ən iri daşdır.

Cütlük hələ almazın aqibətinin necə olacağına dair qərar verməyib, lakin ona pişiklərinin Lüsi adını veriblər.

Statistikaya əsasən, 2021-ci il ərzində həmin Milli Parkda 250 minə yaxın qiymətli daş tapılıb. Ziyarətçilər orta hesabla günə iki daş tapıblar. Ən iri daşlardan biri 1925-ci ildə tapılıb. Emaldan sonra həmin daş 150 min dollara satılıb.

"Almaz krateri" parkı əvvəllər vulkanın fəal olduğu ərazidə yerləşən məkandır. Bura giriş azaddır, ona görə hər kəs parkı ziyarət edib almaz tapa bilər.

Parkda gəzərkən xırda daş tapdılar, həyatları dəyişdi - FOTONatəvan Baxşiyeva

Baxılıb: 1986   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe