Mustafa Sandal alimenti bu yolla ödəmək istəmir
Mustafa Sandal alimenti bu yolla ödəmək istəmir
Türkiyəli müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasındakı təzminat problemi davam edir.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Emina alimetin ödənilməsinin ləğvini istəyən ifaçı barədə yeni iddialar irəli sürüb.

O bildirib ki, Mustafa evli olduqları müddət ərzində aldığı bütün daşınmaz əmlakı anasının adına keçirib.

Emina məhkəməyə müraciət ərizəsində Mustafanın atalıq vəzifəsindən də geri çəkilmək istədiyini vurğulayıb:

"Mustafa bu iddianı qaldıraraq atalıq vəzifəsindən də boşana biləcəyini düşünür. O evli olarkən aldığı bütün daşınmaz əmlakı anası Tülin İlerin adına qeydiyyatdan keçirib. Mustafa Türkiyə standartlarından xeyli yüksək gəlir əldə edib və sərvət yığıb".

Qeyd edək ki, 2018-ci ildə 10 illik evliliyini sonlandıran M.Sandal və hər ay ödəməli olduğu 15 min lirə təzminatı 2 aydır ödəmir.

Baxılıb: 852   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe