Ramzan Kadırovun qızı nazir oldu - FOTO
Ramzan Kadırovun qızı nazir oldu - FOTO
Çeçenistanın başçısı Ramzan Kadırovun böyük qızı 22 yaşlı Ayşat nazir olub. Bundan sonra o, respublikanın Mədəniyyət Nazirliyinə rəhbərlik edəcək. Bu barədə respublika parlamentinin sədri Maqomed Daudov rəsmi "Instagram" səhifəsində məlumat verib.

"Ayşat Ramzanovna istedadlı və yaradıcı rəhbər, çalışqan və gözəl təşkilatçıdır", - deyə o bildirib.

Daudov Kadırovanın nazir postunda əhəmiyyətli nəticələr əldə edəcəyinə və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini ifadə edib./Oxu.az

Baxılıb: 2252   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe