"Onlara görə ailəmdə dava düşüb" - Tənqidlərdən bezən Əməkdar artist
"Onlara görə ailəmdə dava düşüb" - Tənqidlərdən bezən Əməkdar artist
"Nə yazmışdısa, ondan qəşəngini yazdım. Yazıb mənə ki, hüquqlarım var. Soruşuram ki, hansı hüququndan danışırsan? Axtarır hələ, görsün bu hansıdır. O qədər təhqirlər yazıb ki, axtarır. İndi mən elə yazan oğlan və qızları ailəsi ilə birlikdə sosial şəbəkəyə qoyacağam, görüm onda ona necə təsir edəcək".

azwap.biz Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva Elgizlə izlə verilişində qonaq olarkən deyib. Müğənni sosial şəbəkələrdə ona təhqir yazan izləyicilərin onun evinə dava saldığını bildirib:

"Biri yazıb ki, "Dövlət niyə buna ad verib?", "Görəsən bu niyə bu mərmərdən baxmır?". Atanın, yoxsa ananın çörəyini yeyirəm, bəlkə, sən mənə çörək verirsən? Ömrü verən Allahdır. Kimin ərini, oğlunu almışam ki, narahatdır? Çox tərbiyəsiz sözlər yazırlar. Yəqin bunların evdə ana-bacıları, valideynləri, bu işlərlə məşğuldur. Açıb qapını bunu görürlər ona görə gözlərinin önündən getmir. Hamıya şamil etmirəm, aşıq gördüyünü çalar. Fotoşopa görə dava edirlər. Axı siz kimsiz, mən artistəm, müğənniyəm istədiyim kimi şəkil qoya bilərəm. Mən bu tərbiyəsizlərə görə ölkədən getmək istəyirəm. Hərə öz ayağından asılacaq. Mənə heç kəs toxuna bilməz.

Bu yazanlara görə ailəmdə böyük dava olub. Niyə camaatın ailəsini dağıdırsınız? Bununla çörək qazanırsınız? Pandemiyada dovğa bişirib sataram, utanmaram. Yoxumdur, utanmaram. Biqeyrətliklə pul qazanmaram".

Baxılıb: 2830   Tarix: 08 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe