Zaur Xoşqədəmdən danışan qadına əsəbiləşdi - Video
Zaur Xoşqədəmdən danışan qadına əsəbiləşdi - Video
Aparıcı Zaur Baxşəliyev illərdir küsülü olduğu həmkarı Xoşqədəm Hidayətqızından danışıb.

Axşam.az xəbər verir ki, "Bizimləsən" proqramına yardım üçün qatılan xanımın X.Hidayətqızının adını çəkməsi Zauru əsəbiləşdirib. O bildirib ki, proqramında həmkarının pislənməsinə icazə vermir:

"Kimsənin ağlına gəlməsin ki, gəlib Xoşqədəm Hidayətqızını pisləyəcək və mən ona şərait yaradacam. Əsla... Çünki hamımız bu televiziyada çalışırıq, çörək qazanırıq və xalqa xidmət edirik. İnşallah, onun da verilişi açılar, qayıdar efirə. Biz də gözləyirik. Bütün yükləri hər kəs çəkməli deyil ki... Əlbəttə gəlsin, gəlməlidir də. Niyə də yox. Kim yaxşılıq edirsə, Allah canını sağ etsin, balasını saxlasın".

Baxılıb: 4312   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe