Ronaldonun 12 ildir davam edən məhkəməsində yeni iddia
Ronaldonun 12 ildir davam edən məhkəməsində yeni iddia
Məşhur futbolçu Kriştiano Ronaldonun Katrin Mayorqaya təcavüz etməsi iddiası ilə olan məhkəmədə 12 il sonra yenilik olub.

azwap.biz Axşam.az-a istinadən xəbər verir ki, Ronaldo və vəkili illərdir Katrinin iddialarını rədd edir.

Mayorqa həmin ərəfədə Ronaldonun 25 yaşında olduğunu və gecə klubunda tanış olduqlarını deyib. Daha sonra birlikdə otelə getdiklərini söyləyən qız futbolçunun ona təcavüz etdiyini bildirib.

Ronaldo cinsi əlaqənin qarşılıqlı istəklə baş verdiyini söyləyib. 2009-cu ildə olan iddiadan sonra Las-Veqas məhkəməsi hüquqşünasların oğurlanmış sənədlər istifadə etdiyini bildirib. Nevadadakı sülh hakimi Katrinin iddialarına qarşı futbolçu və vəkilinin yanında yer alıb.

Katrin və vəkili sülh hakimi Daniel Albreqtsin məhkəməni oğurlanmış və saxta sənədlər hesabına idarə etdiyini deyərək, ona qarşı iddia qaldırıb.

Baxılıb: 627   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe