Günelin Tatlısesin toyunda geyindiyi libasın QİYMƏTİ - FOTO
Günelin Tatlısesin toyunda geyindiyi libasın QİYMƏTİ - FOTO
Ötən gün türk sənət musiqisinin imperatoru İbrahim Tatlısesin oğlu İdo model sevgilisi Yasemin Şefkatlı ilə ailə həyatı qurub.

azwap.biz xəbər verir ki, bahalı restoranda təşkil edilən təmtəraqlı toyda bir sıra tanınmış şəxslər iştirak ediblər.

Onlar arasında müğənni Günel Zeynallı da olub. Məclisə ailəsi ilə birlikdə qatılan sənətçi geyimi ilə xeyli müzakirələr yaradıb.

Günelin sinə dekolteli qısa libası Türkiyənin məşhur brendlərindən biri olan "RaisaVanessa" ya, ayaqqabısı isə "Giuseppe Zanotti"yə aiddir. Zeynallının geyiminin qiyməti ümumilikdə 860 dollar (1462 AZN) təşkil edib. İfaçının bu libası "Trendyol" onlayn satış platformasının xüsusi sifarişi ilə hazırlanıb./BAKU.WS

Günelin Tatlısesin toyunda geyindiyi libasın QİYMƏTİ - FOTOGünelin Tatlısesin toyunda geyindiyi libasın QİYMƏTİ - FOTO

Baxılıb: 18588   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe