Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib
Əli Əsədov Gürcüstanın Baş nazirinə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

Ə.Əsədov faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Baxılıb: 423   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe