Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ər 22 yaşlı arvadına görün nə etdi - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ər 22 yaşlı arvadına görün nə etdi - VİDEO
Astarada qadın ərinin əmisi arvadını bıçaqlayıb. Qadınlar arasında keçmiş ədavətin səbəb olduğu münaqişə ölümlə nəticələnib. Abşeron rayonunda da qətl olub. Ər, həyat yoldaşını amansızlıqla öldürüb.

Astarada qanlı hadisə rayonun Şəmətük kəndində iki qohum ailələr arasında baş verib. Meşəlik ərazidə mal-heyvan dalıyca gedən qohumlar - 27 yaşlı Gülsevər Ağayeva ilə 60 yaşlı Mehparə Ağayeva arasında münaqişə yaranıb. Nəticədə Gülsevər Mehparəyə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, qısa zamanda dünyasını dəyişib.

Qeyd edək ki, bu ilin mart ayında Mehparə Ağayevanın oğlu Famil Ağayev əmisi oğlu Musa Ağayevi, yəni Gülsevər Ağayevanın qaynını bıçaqlayaraq öldürmüşdü. Bundan sonra ailələr arasında münasibətlər kəskin dərəcədə pozulmuşdu. Artıq hadisəni törətməkdə şübhəli bilinən Gülsevər Ağayeva saxlanıb. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, qadınlar qohumdurlar, qətlə yetirilmiş Mehparə Ağayeva Gülsevər Ağayevanın ərinin əmisi arvadıdır.

Abşeron rayonunda da qətl olub. Ər öz həyat yoldaşını amansızlıqla öldürməkdə ittiham olunur.

Araşdırma zamanı məlum olub ki, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 22 yaşlı İnci Umarovanı həyat yoldaşı, 30 yaşlı Sənan Umarov 25 bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.(xəzərxəbər)

Baxılıb: 4122   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe