Vətən müharibəsində erməni hərbçilər niyə qaçırdılar? - VİDEO
Vətən müharibəsində erməni hərbçilər niyə qaçırdılar? - VİDEO
Ermənistan prezidenti biabırçı məğlubiyyətin müqəssirini axtarır. Lakin yaxın keçmişə nəzər salsaq görürür ki müqəssirə ehtiyac qalmır. Vətən müharibəsində Ermənistan tərəfi yaydığı görüntülərlə bir müddət öz ictimaiyyətini aldatmağı bacardılar. Lakin elə görüntülər də var idi ki, onları heç cür müsbət şərh etmək mümkün deyildi. Ermənilərin özlərinin lentə aldığı görüntülər bu gün də geniş müzakirə olunur. Kadrlarda çarəsiz, qorxaq və çıxış yolunu qaçmaqda görən erməni əsgərləri nəzərdən qaçmir.

Çarəsiz və başsız qalan erməni hərbi qulluqçuları hər şeylərini atıb qaçırlar.

Görüntülər 44 günlük vətən müharibəsi zamanı ermənistan mediası tərəfindən lentə alınıb.ilk baxışdan müdafiə təəssüratı yaransa da, qüvvələrimiz tərəfindən endirilən ilk artileriyya zərbəsi ilə düşmən pərən pərən salınır.

Haropların səsi isə elə bu anda əsl kabusa çevrilir. Halbuki, döyüşün bəzi mərhələlərində bu texnikanın yalnız səsindən istifadə edilib. Çarəsiz qalan erməni əsgərləri əllərindəki kiçik çaplı silahlarla bir neçə kilometr yüksəklikdən uçan pilotsuz uçuş aparatını ağılsızcasına vurmağa çalışır.

Döyüşlərin birində lentə alınan bu görüntülərdə diqqət çəkən bir məqam isə sona qalan yalnız gənc əsgərlərin olmasıdır. Videonun əvvəlində görünən komandir və zabitlər yavaş ayvaş döyüş meydanında aradan çıxırlar.

Təxminən 10 dəqiqə ərzində postlar boşaldılır. Bu gün bu görüntülərin Ermənistan ictimaiyyəti tərəfindən yenidən müzakirə olunmasının səbəbi isə bu texnikaların sağ vəziyyətdə Azərbaycan ordusunun arsenalında olmasıdır. Ermənilər bu tankların və silahların niyə sağlam vəziyyətdə verilməsini sorğulayır. Cavab isə birdir. Döyüşü heç vaxt texnika udmur. Hər bir müharibənin taleyi ordunun əsgər və zabitinin əlindədir.(xəzərxəbər)

Baxılıb: 990   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe