Latviyada vaksin vurdurmayanların mağazalara girişi qadağan edilir
Latviyada vaksin vurdurmayanların mağazalara girişi qadağan edilir
Latviya Böhran İdarəetmə Şurası koronavirusa qarşı peyvənd vurdurmayan sakinlərin mağazalara girişini qadağan etmək qərarına gəlib. Yeganə istisna zəruri malları olan pərakəndə satış yerləri olacaq.

Bu barədə Latviya Baş naziri Krişyanis Karinş söyləyib.

"Yalnız COVID sertifikatı olan insanlar mağazalara gedə biləcəklər. İstisnalar zəruri malları olan pərakəndə satış yerləri, yəni ərzaq dükanları olacaq", - deyə Karinş bildirib.

O, Latviya sakinlərini imkan daxilində distant iş rejiminə keçməyə çağırıb.

Bundan başqa məktəbdə şagirdlərin maska ​​taxması məcburi olacaq.

Qərar bu gün Latviya hökuməti tərəfindən təsdiqlənəcək.

Latviyada əhalinin 50%-i vaksinasiyadan keçib.(oxu.az)

Baxılıb: 247   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe