"Cənnəti görən" qadından ŞOK AÇIQLAMA: O varlıq məndən soruşdu ki...
"Cənnəti görən" qadından ŞOK AÇIQLAMA: O varlıq məndən soruşdu ki...
ABŞ-ın Florida ştatında yaşayan Keyt Tomson adlı yazar 20 yaşında ikən Havayda boğulduqdan sonra cənnəti gördüyünü iddia edib.

"Netflix"də yayımlanan "Surviving Death" adlı sənədli filmdə danışan Keyt günlərlə xəstəxanada müalicə aldığını və həyat uğrunda mübarizə apardığını bildirib.

Qadın həmin vaxt yaşadıqlarını danışıb: "Mənim şüurum dayandı. Özümü başqa xristianların da olduğu cənnət deyilən bir yerdə gördüm. Orada mənə doğru mənəvi varlıq gəldi və dünyaya bir daha qayıtmaq istədiyim barədə soruşdu".

Keyt mənəvi varlığa "Bəli" cavabını verdiyini söyləyib: "Mən ona bir daha dünyaya qayıtmaq istədiyimi söylədim. Sanki bu varlıq bütün ömrüm boyu yanımda idi, ona qarşı heç bir qəriblik hiss etmədim. O, bir daha mənə "sonsuza qədər gözəl bir yerdə qalmaq istəməmək" qərarımda qətiyyətli olub-olmadığımı soruşdu. Mən isə qalmaq istəmədiyimi dedim. Dünyaya qayıtmaq qərarımdan peşman deyiləm".(publika.az)

Baxılıb: 2569   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe