Vaksinə əks-göstərişə bu halda baxıla bilər - AÇIQLAMA
Vaksinə əks-göstərişə bu halda baxıla bilər - AÇIQLAMA
Koronavirusla mübarizənin ən effektiv yolu vaksinasiyadır. Aparılan tədqiqatlara görə, COVID-19 əleyhinə tam peyvəndləmədən bir müddət sonra anticisimlərin miqdarı azala və qorunma səviyyəsi zəifləyə bilər. Ona görə də mütəxəssislər üçüncü – buster dozanın vurulmasını tövsiyə edirlər. Azərbaycanda da üçüncü doza ilə peyvəndləmə işləri aparılır. İlkin dozanın üzərindən 6 ay və daha çox keçmiş yüksək risk şəraitində işləyənlər - səhiyyə, təhsil, vətəndaşlara xidmət sektorunun və s. işçiləri, 65 yaşdan yuxarı vətəndaşlar, yaşı 18-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin mütləq şəkildə buster doza ilə peyvəndlənməsi məsləhət görülür. Dünya praktikasına əsasən, üçüncü doza qəbul edənlər arasında xəstəliyi ağırkeçirmə və ölüm halları aşağı səviyyədədir. Bunları nəzərə alaraq və pandemik dönəmin hələ də davam etdiyini düşünərək peyvəndin üçüncü dozasının qəbul edilməsi məqsədəuyğundur.

Xezerxeber.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Natiq Əliyev söyləyib.

Həkim-infeksionistin sözlərinə görə, bəzən vətəndaşlar əsassız şəkildə peyvənddən imtina edir, şəkərli diabetdən, allergiyadan əziyyət çəkdiklərini deyib peyvənd vurdurmamağa çalışırlar. Lakin kəskin bir vəziyyət olmadığı halda mütləq peyvəndlənmə aparılmalıdır. Bəzən birinci və ya ikinci dozadan sonra nadir də olsa, ciddi yan təsir müşahidə edilə bilər. Belə hallara çox az da olsa, dünya praktikasında rast gəlinir. Həmin hallarla rastlaşan vətəndaşlar müraciət edərək həkim komissiyası tərəfindən müayinə olunmalıdırlar. Bundan sonra vaksinə əks-göstəriş üçün baxıla bilər.

Baxılıb: 758   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe