Smartfonlar uşaqların gözlərinə ziyan vurur
Smartfonlar uşaqların gözlərinə ziyan vurur
Britaniyalı oftalmoloqların "The Lancet Digital Health" jurnalında dərc olunmuş məqaləsində xəbərdarlıq edilir ki, smartfon və kompüter ekranı qarşısında hədsiz çox vaxt keçirən uşaqların yaxındangörməyə məruz qalma riski 80 faiz artır.

Həmin mütəxəssislər elektron qurğuların uşaq və gənclərin görmə qabiliyyətinə təsirinə həsr olunmuş 3 mindən çox elmi işi təhlil ediblər. Məlum olub ki, uşaq və gənclərin elektron qurğularla keçirdikləri vaxt ilə görmə üçün risk arasında aşkar asılılıq var. Belə ki, smartfonla gündə 3 saatdan çox işləyən uşaqların yaxındangörmə riski bunun əvəzinə başqa işlərlə məşğul olan uşaqlarla müqayisədə 3 dəfə artır.

Smartfonlardan fəal istifadə miopiya xəstəliyinə tutulma riskini orta hesabla 30 faiz, kompüterlərdən fəal istifadə isə həmin riski 80 faizə qədər artırır.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, 2050-ci ilə qədər Yer kürəsi əhalisinin ən azı yarısı yaxındangörmədən əziyyət çəkəcək. Bu təhlükədən sovuşmaq üçün alimlər insanların, xüsusən orqanizmi hələ formalaşmaqda olan uşaqların vaxtını keçirməyin başqa üsullarını axtarmağı tövsiyə edirlər.(xəzərxəbər)

Baxılıb: 347   Tarix: 09 oktyabr 2021
Geri Qayit

Azwap.Biz

Sayt Rehberliyi ile Elaqe